BaşlıcaEkonomika

Paşinyan: “Ermənistanın yeni nüvə reaktoru kiçik modul tipli olacaq”

Ermənistan strateji qərar qəbul edib ki, növbəti nüvə reaktoru kiçik modul tipli olacaq və bu məsələ ilə bağlı 5 ölkə ilə danışıqlar aparılır.

Alınan məlumata görə, bu barədə Parlament -hökumət sual-cavab sessiyasında Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. “Biz strateji qərar qəbul etmişik ki, növbəti nüvə reaktorumuz kiçik modul tipli olacaq. Biz çoxşaxəli müzakirələr aparmışıq və bu qərarı qəbul etmişik” – deyə Paşinyan qeyd edib.

Suallardan birinə cavab olaraq, Ermənistanın kimlərlə tərəfdaşlıq edəcəyi barədə Baş nazir bildirib:

“Biz bütün tərəfdaşlara, kiçik modul texnologiyasına malik olan və ya ola biləcək olanlara müraciət etmişik ki, biz bu mövzunu digər ölkələrlə müzakirə etsək, onlar buna etiraz edərmi? Hamısı “xeyr”deyə  cavabı verib”.

 O, əlavə edib ki, onun Moskvaya səfər etdiyində insanlar düşünürlər ki, yeni reaktor Rusiyaya ilə birgə tikiləcək. Ermənistan ABŞ ilə protokol imzalayır, sonra isə Moskvaya gedir, deyirlər ki, protokol imzalandı, bəs Moskvaya niyə getdiniz?

“Biz açıq şəkildə bildiririk ki, hazırda təkliflər almaq istəyirik. Bu gün biz həm ABŞ, həm Rusiya, həm Çin, həm Cənubi Koreya, həm də Fransa ilə danışıq aparırıq.

 Üstəlik, biz burada heç bir siyasi komponent qoymuruq. Biz kommersiya və iqtisadi faydalılıq baxımından hansı təklifin bizim üçün sərfəli olduğunu araşdırıb, ona əsasən seçim edəcəyik” – deyə Baş nazir qeyd edib.

Paşinyan vurğulayıb ki, Ermənistan bu mövzuda 5 tərəfdaşla dialoq aparır və bu dialoqlar praktiki xarakter daşıyır. Ermənistanın ekspert qrupları müxtəlif yerlərə gedərək araşdırmalar aparırlar.

“Önümüzdəki 1-2 il ərzində qərar qəbul edib müqavilə bağlamalıyıq. Bu qərar və müqavilə dünya siyasi və xarici siyasi kontekst daşımayacaq.

Biz kiçik nüvə reaktoru istəyirik və onu ən yaxşı qiymətə, ən təhlükəsiz texnologiya ilə, həmçinin investisiyanın geri dönüşü ən qısa müddətdə olan texnologiya ilə əldə etmək niyyətindəyik”– deyə Paşinyan  qeyd edib.

Ermənistan Atom Elektrik Stansiyasının fəaliyyət müddəti 2026-cı ildə bitəcək. Ermənistan hökuməti Rusiyanın “Rosatom” şirkəti ilə onun fəaliyyət müddətinin 10 il uzadılması üçün işlər aparır.

2036-cı ildən etibarən Ermənistan hökuməti yeni nüvə reaktorunun olmasını planlaşdırır.

Daha çox göstər
Back to top button