Başlıcaİctimaiyyət

Yerevanın “Zvartnots” hava limanı yeni terminala sahib olacaq: 10 il ərzində 500 milyon dollar investisiya qoyulacaq

“Armenia International Airports” şirkəti önümüzdəki 10 il ərzində Yerevanın “Zvartnots” hava limanında yeni terminalın tikintisi üçün 500 milyon dollar investisiya planlaşdırır.

Şirkətin baş direktivi bu haqda Marselo Venden Forbes-a verdiyi müsahibədə açıqlayıb. O, qeyd edib ki, son iki il ərzində hava limanının sərnişin axını gözləniləndən daha çox artaraq ildə 5.5 milyondan çox olub.

Venden bildirib ki, hazırkı terminal ildə 3-4 milyon sərnişinə xidmət etmək üçün tikilib, ona görə də indi infrastruktur artıq kifayət etmir və genişləndirmə vacibdir.

“2001-ci ildə Ermənistana gəldiyimiz zaman hava limanının infrastrukturu köhnə idi və demək olar ki, dağılmaq üzrə idi. Biz onu tədricən yenidən quraraq müasir terminala çevirdik ki, bu da ölkəyə 10 ildən çox xidmət edib.

 İndi isə gələcək artım ehtiyaclarına cavab vermək üçün növbəti 10 il ərzində hava limanının tutumunu 500 milyon dollar investisiya ilə iki dəfə artırmağı planlaşdırırıq.

 Uçuş çıxışlarının sayı 6-dan 16-ya çatacaq. Gəlmə zalları, immiqrasiya və gömrük bölmələri iki qat artacaq. Müasir zallar əlavə edəcək, dayanacaq yerlərini genişləndirəcək və sərnişinlər üçün nəqliyyat rabitəsini yaxşılaşdıracağıq.

 Bundan əlavə, avtomatlaşdırılmış rəqəmsal pasport çıxışları və yeni biometrik pasport sistemini tətbiq edəcəyik ki, bu da Ermənistan vətəndaşlarının, xüsusən də Avropaya səyahətini asanlaşdıracaq.

Məqsədimiz Ermənistanın regionda rəqabətli mərkəz kimi mövqeyini gücləndirməkdir” — deyə Venden  qeyd edib.

Daha çox göstər
Back to top button