BaşlıcaSiyasət

İran məhkəməsi İsrail üçün casusluqda ittiham olunan avropalını bəraət qazandırdı

İranın Hürmüzgan əyalətinin Bəndər Abbas məhkəməsi Almaniya və Fransa vətəndaşlığı olan bir avropalını İsrail üçün casusluqda ittihamdan bəraət qazandırdı.

Əyalətin baş hakimi Möctəba Qəhrəmani qərarı açıqlayaraq bildirib:

“İddiaçı tərəfin irəli sürdüyü ittihamlardan asılı olmayaraq, məhkəmə hüquqi prinsipləri və ittihamla bağlı şübhələri nəzərə alaraq ittiham olunan şəxsi bəraət qazandırdı.

“Tasnim agentliyinə istinad edən hakim qeyd edib ki, prokuror hələ də qərara etiraz etmək hüququna malikdir.

Xatırladaq ki, avropalı şəxs İran təhlükəsizlik qüvvələri tərəfindən iyun ayında, İran-İsrail arasında 12 gün davam edən münaqişə dövründə “İsrail üçün casusluq” ittihamı ilə saxlanılmışdı.

Daha çox göstər
Back to top button