BaşlıcaBeynəlxalq

ABŞ Konqresinin üzvləri Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsi təqdim ediblər

Amerika Birləşmiş Ştatlarının Konqres üzvləri Darell İssa və Qas Bilirakis “Qafqazda gərginliyin qarşısının alınması və əməkdaşlığın təşviqi haqqında” qanun layihəsini təqdim ediblər.

Bu layihəyə əsasən, Azərbaycanın Ermənistana qarşı yeni təcavüzü halında ona qarşı cəza tədbirlərinin tətbiqi nəzərdə tutulur.

Alınan məlumata görə, qanun layihəsi Ermənistanın suverenliyinə və Ermənistanın baş naziri Nikol Paşinyanın sülh təşəbbüslərinə dəstək ifadə edir.

Təklif olunan sanksiyalara Azərbaycan rəsmilərinin aktivlarının dondurulması, viza qadağası və Azərbaycan neft ticarətini asanlaşdıran maliyyə qurumları ilə əməliyyatlar həyata keçirən xarici banklara qarşı maliyyə məhdudiyyətləri daxildir.

Qanun layihəsində humanitar yardım və əsas mallar üçün istisnalar nəzərdə tutulub və o, 7 il müddətinə tətbiq olunacaq.

Qanun layihəsi 30 sentyabr 2025-ci ildə ABŞ Konqresinin Nümayəndələr Palatında təqdim edilib və eyni gün Xarici Əlaqələr, Ədliyyə və Maliyyə Xidmətləri komitələrinə göndərilib. Qanun layihəsi qanunvericilik prosesinin ilkin mərhələsindədir və hələ komitələrdə müzakirə edilməyib.

O, hər bir komitə tərəfindən təsdiqlənməli, daha sonra ABŞ prezidentinin imzası üçün təqdim olunmazdan əvvəl Nümayəndələr Palatı və Senatın səsvermələrindən keçməlidir.

Daha çox göstər
Back to top button