
Rusiyanın “Matryoşka” dezinformasiya şəbəkəsinə aid hesablar, sosial şəbəkələrdə 2026-cı il iyununda Ermənistanda keçiriləcək parlament seçkiləri və ölkənin Baş naziri Nikol Paşinyan haqqında videolar yaymağa başlayıb.
Bu barədə “Агентство” xəbər verərək, “Блокировщик ботов” (Bot Bloklayıcı) layihəsinə istinad edib. Current Time-nin məlumatına görə, botlar ən azı 10 video yayıb ki, bunlarda Ermənistanda keçiriləcək seçkilər və ölkənin hazırkı Baş naziri qeyd olunub.
Videolarda trollar real insanların görüntülərindən istifadə edərək, süni intellekt vasitəsilə yaradılmış səslər əlavə ediblər.
Bəzi videolarda Auşvitz həbs düşərgəsinin keçmiş məhbuslarından istifadə olunub və onların adından deyilib ki, “Nikol Paşinyan Ararat dağının üstündə Ermənistanın simvolları üçün qaz kameraları tikib onları sınaqdan keçirir”.
Videolarda Ermənistanın Baş naziri “xəyanəkar” adlandırılır, Ermənistan vətəndaşları isə yəhudilərlə müqayisə edilir ki, onlar “faciənin nə vaxt baş verəcəyini gözləyirdilər”.
Digər videolarda isə iddia edilir ki, Britaniya polisi Ermənistanın xüsusi qüvvələrinə 2026-cı il seçkilərindən sonra potensial etirazçılara qarşı zorakılıq tətbiq etmək üçün təlim keçirib.
Bir başqa videoda Paşinyan “Ermənistanı məhv etmək istəyi”ndə ittiham olunur. Britaniyalı yazıçı Filip Ardanın adından deyilən sözlərə görə, Paşinyan “Ermənistanın düşmənləri üçün yol açıb”.
“Блокировщик ботов”un məlumatına görə, heç bir seçki kampaniyası “Matryoşka”da bu qədər erkən – seçkilərdən 8 ay əvvəl başlamayıb.
Qeyd olunur ki, əvvəllər Kremlin botları Paşinyana qarşı müstəqil seçkilərlə əlaqədar hücum ediblər. Son 4 ayda “Matryoşka” tərəfindən Paşinyana qarşı 60-a yaxın video yayılıb, o cümlədən:
Model Kim Kardasyan,
System of a Down qrupunun vokalisti Serj Tankyan,
Tennisçi Andre Ağassi,
Royal United Services Institute (RUSI),
Vaşinqtondakı Strateji və Beynəlxalq Tədqiqatlar Mərkəzi (CSIS),
Kembric Universiteti,
Euronews, The Insider, Wired, BFMTV, CNN Türk və digər araşdırma mərkəzləri və KİV-lər adından.
Digər kampaniyalar:
Daha əvvəl “Matryoşka” bot şəbəkəsi və Yevgeni Prigoşin tərəfindən yaradılmış “Repressiyalara qarşı fond” Moldova prezidenti Maya Sanduya qarşı genişmiqyaslı dezinformasiya kampaniyası təşkil ediblər.
Xüsusilə, botlar Sandunun “ukraynalı yetimləri Qərbə satdığı” barədə saxta istintaq materialları yayıblar.
“Блокировщик ботов”a görə, bu kampaniya miqyasına görə 2025-ci ildə Almaniyanın Bundestaq seçkiləri zamanı həyata keçirilən dezinformasiya əməliyyatı ilə müqayisə oluna bilər.
Mətn factor.am-ə məxsusdur.







