BaşlıcaMədəniyyət
Rumıniyada Oktyabrın 12-də Erməni Dili günü qeyd olunur, bu gün Rumıniya erməni icmasının zəngin irsinə hörmət əlaməti olaraq qeyd edilir

Alınan məlumata görə, bu barədə Rumıniya Xarici İşlər nazirliyinin Twitter mikrobloku üzərində paylaşımda bildirilir.
“Bu gün Rumıniyada Erməni dili gününü qeyd edirik, Rumıniya erməni icmasının zəngin irsinə hörmət əlaməti olaraq. Dil təkcə ünsiyyət vasitəsi deyil, o, həm də tarix və irsi əhatə edir.
Dillər milli kimliyinin əsas göstəricilərindən biridir. Üstəlik, “dillər millətlərin soyağacıdır” (Samuel Johnson). Bu gün biz Rumıniya erməni icması ilə birlikdə unikal əlifbanı, qədim ədəbiyyat ənənəsini və kimliyin güclü rəmzini böyük ehtiramla anırıq”-deyə ölkənin Xarici İşlər nazirliyinin paylaşımında qeyd olunur və paylaşım “Bizim dilimiz bizim kimliyimizdir” ifadəsi ilə yekunlaşır.







