
BMT-də Ermənistanın daimi nümayəndəsi Paruyr Hovhannisyan BMT Baş Assambleyasının 80-ci sessiyasının birinci komitəsinin ümumi müzakirəsində iştirak edib.
Verilən məlumata görə, Ermənistanın BMT-dəki daimi nümayəndəliyindən bildirilib ki, Paruyr Hovhannisyan vurğulayıb: qlobal silahsızlanma və silahların yayılmaması Ermənistanın xarici siyasət gündəliyinin önəmliklərindən biridir.
O, əlavə edib ki, adi silahların nəzarəti üzrə möhkəm və səmərəli rejim, eləcə də etimadın və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirləri beynəlxalq və regional səviyyələrdə sülhün qorunması üçün mühüm əhəmiyyət daşıyır.
Səfir Hovhannisyan qeyd edib ki, avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında bəyanatın imzalanması ilə əldə edilən irəliləyiş bir daha təsdiqlədi ki, Cənubi Qafqazda sülhün, sabitliyin və regional əməkdaşlığın yeni bir səhifəsi açılır.







