
Ermənistanın Müdafiə naziri Suren Papikyan oktyabrın 14-də ABŞ Müdafiə Təhlükəsizliyi Əməkdaşlığı agentliyinin direktoru Maykl Millerlə görüşüb.
Bu barədə Ermənistan Müdafiə nazirliyi məlumat verib.
Görüşdə müdafiə sahəsində Ermənistan–ABŞ tərəfdaşlığı çərçivəsində Ermənistanın müdafiə islahatlarının dəstəklənməsi məqsədilə həyata keçirilən proqramlara dair məsələlər müzakirə olunub.
Tərəflər yeni təşəbbüslərlə bağlı razılığa gəliblər.







