
Azərbaycan Prezidenti Administrasiyasının keçmiş rəhbəri və Təhlükəsizlik Şurasının üzvü Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi planı hazırlayaraq bunu öz vasitələri ilə rus tərəfinə təklif edib. Bu barədə Azərbaycanın APA agentliyi məlumat yayıb.
Azərbaycan mətbuatının verdiyi məlumata görə, Rəmiş Mehdiyev AZAL təyyarəsinin qəzası ilə əlaqədar Azərbaycan-Rusiya münasibətlərində yaranan gərginlikdən istifadə etməyə çalışıb.
Onun hazırladığı plana görə, dövlət hakimiyyəti zorakı yolla ələ keçirildikdən sonra keçici idarəetmə üçün “Müvəqqəti Dövlət Şurası” yaradılmalı idi.
87 yaşlı keçmiş bürokratın özü bu Şuranın rəhbəri olmaq istəyirdi. Məlumatlara görə, Mehdiyev rus tərəfinə həmçinin bu Şuraya daxil ediləcək şəxslər barədə də məlumat ötürüb.
APA-nın etibarlı mənbəyə istinadən bildirdiyinə görə, rus tərəfi özü Azərbaycan rəsmilərini Mehdiyevin planı barədə xəbərdar edib. Bu məlumat Azərbaycan və Rusiya prezidentlərinin Düşənbədəki görüşü zamanı paylaşılıb.
Mənbənin açıqlamasına görə, 87 yaşlı Ramiz Mehdiyevin davamlı müraciətləri və dəstək axtarışı Rusiyanı yorub. Nəticədə, Rusiya onunla əməkdaşlıq perspektivi görmədiyinə qərar verib və plan barədə məlumatları rəsmi Bakıya ötürüb.







