
Ulyanovsk azərbaycanlı icmasının rəhbəri RF vətəndaşlığından məhrum edilib və ölkədən qovulub. Bu barədə jurnalist Darya Kosarinova məlumat yayıb.
“1990-cı illərin əvvəllərindən Ulyanovsk vilayətində yaşayan iş adamı və qubernator müşaviri İslam Hüseynov Rusiyanı tərk etməli olacaq.
Onun rus pasportu oktyabrın 14-də FSB-nin qərarı ilə ləğv edilib və ölkəyə girişi qadağan edilib. Bu qərarın səbəbləri hələ də aydın deyil, rəsmi şərh verilməyib.
İslam Hüseynovun vətəndaşlıqdan məhrum edilməsi rus-azərbaycan münasibətlərinin kəskin pisləşməsi fonunda baş verir.
Rusiyanın digər regionlarında — Moskva vilayətində və Uralda yaxınlarda milli-mədəni muxtariyyətlərin rəhbərləri ilə də oxşar vəziyyət yaranıb.
Rəsmi versiyaya görə, onlar «separatizm təbliğ etmək” ittihamı ilə üzləşiblər”— deyə Kosarinova qeyd edib.







