
Parlamentin sədri Alen Simonyan video yayımlayaraq Cenevrəyə səfər edəcəyini bildirib. Ermənistan nümayəndə heyəti orada Parlamentlərarası İttifaqın 151-ci Baş Assambleyasında iştirak edəcək.
“21 oktyabrda Azərbaycanlı həmkarımla da görüş nəzərdə tutulub. Xanım Qafarova ilə uzun müddətdir görüşmürük, düşünürəm ki, yaranmış vəziyyətdə bu görüş çox vacibdir.
İki ölkəmiz və xalqlarımız arasında etimadın bərpası məsələsi var, bunu parlamentlər ən yaxşı şəkildə həll edə bilərlər. Ümid edirəm ki, görüş yaxşı keçəcək” — deyə Simonyan qeyd edib.
Mətn factor.am-ə məxsusdur.







