Bizə elə gəlir ki, bir neçə ay və il davam edən danışıqlar zamanı Azərbaycan tərəfi bu ərazi üçün (Syünik – red.) nəyinsə ekstraterritorial dəhliz yaradılmasına çalışırdı.
Bu haqda Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan “Deutsche Welle” ilə müsahibəsində bildirib.
“Məsələn, onlar tələb edirdilər ki, bu dəmir yolu xətti boyunca üçüncü ölkənin silahlı qüvvələri yerləşdirilsin. Xatırlayıram ki, deyirdilər ki, dəmir yolu boyunca rus qoşunları olmalıdır.
Bu, əlbəttə, bizim üçün qəbuledilməz idi. Heç bir ”dəhliz” yoxdur, yalnız “Trumpın Beynəlxalq Sülh və Rifah Marşrutu” var” – deyərək nazir qeyd edib.







