
Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında yeni iş yerləri statistikasını təqdim etdi.
“2025-ci ilin sentyabr ayına olan məlumata görə, tarixən ilk dəfə Ermənistanda qeydə alınmış və əmək haqqı ilə təmin edilmiş iş yerlərinin sayı 800 min həddini keçib.
Tarixən biz heç vaxt belə bir rəqəmə malik olmamışıq. Sentyabr ayına olan məlumata görə bu rəqəm 805.687 təşkil edib.
Diqqətinizi ona cəlb edirəm ki, keçən ilin sentyabr ayı ilə müqayisədə qeydə alınmış iş yerləri 37.140 və ya 4,8 faiz artıb, 2018-ci ilin sentyabrı ilə müqayisədə isə 222.912 və ya 38 faiz artım qeydə alınıb.
Beləliklə, qeyd edə bilərik ki, 2018-ci ildən bəri Ermənistanda 222 mindən çox əmək haqqı ilə təmin edilmiş iş yeri yaradılıb” – deyə i Baş nazir qeyd edib.
“2018-ci ildən sonra biz Ermənistanda gəlir vergisini əhəmiyyətli dərəcədə azaltdıq. Üçmərtəbəli gəlir vergisi, hansı ki, 36 faiz, 26 faiz və 23 faiz idi, əvvəlcə vahid vergiyə çevrildi və indi Ermənistanda gəlir vergisi 20 faiz təşkil edir.
Bu o deməkdir ki, daha çox faiz insanların cibində qalıb və bütün iqtisadi təhlillərimiz göstərir ki, Ermənistanda iqtisadiyyatda pul var, nəticədə artıq əmək qüvvəsinin, fərdin, kiçik və orta biznesin imkanlarından da çox şey asılıdır ki, bu pulun dövriyyəsindən hansı hissəni insanlar əldə edə bilər.
Burada əməyin səmərəliliyi, biznesin təşkilinin səmərəliliyi, təhsil, şəxsin bacarıqlarının davamlı inkişafı və s. təbii ki, həmçinin bizim siyasətimiz də rol oynayır.
Lakin bizim siyasətimiz göstərir ki, bu inkişafa kömək edən siyasətdir, əks halda bu inkişaf haradan, iqtisadi artım haradan gələcək?
Üstəlik, hər dəfə Ermənistanda iqtisadi artım baş verəndə yenə də onu hansısa xarici amillərlə əlaqələndirməyə çalışırlar, onlar gəlir-gedir, iqtisadi artım isə qalır.
Deməli, yenə də hansısa fundamental amil var ki, iqtisadi artımın davamlılığını qoruyur” – deyə Nikol Paşinyan bildirib.
.
İqtisadiyyat naziri Gevorg Papoyan qeyd etdi ki, keçən illə müqayisədə ən çox artım 500 mindən 2 milyon dram əmək haqqı olan qrupda müşahidə olunub.
“12.603 iş yeri ilə artıb. Keçən il 85.072 olubsa, bu il 97.675 olub ki, bu da 14,8 faiz artım deməkdir; 2 milyon dram və daha çox əmək haqqı alanların sayı 7,6 faiz artıb, 150 mindən 500 min dram alanlar isə 8,5 faiz artım göstərib.
Keçən il 500 mindən 2 milyon dram alanlar bizim əmək haqqı alanların 11,1 faizini təşkil edirdisə, bu il artıq 12,1 faiz təşkil edir, yəni 500 mindən 2 milyon dram əmək haqqı alanların payı 1 faiz bəndlə artıb.
2 milyondan çox alanlar keçən il 1,3 faiz idisə, bu il 1,4 faiz olub. Deməli, burada müsbət inkişaf var”- deyə Papoyan qeyd edib..







