
Azərbaycan qoşunlarının Ermənistanın işğal edilmiş ərazilərindən çıxarılması sərhədlərin delimitasiyası və demarkasiyası üzrə komissiyaların işi vasitəsilə həll edilməlidir.
Ermənistanın Müdafiə naziri Suren Papikyan bu fikri oktyabrın 24-də İctimai Televiziyaya verdiyi müsahibədə bildirib.
“Avqustun 8-dən sonra bu daha real oldu. Mən əminəm ki, bu baş verəcək. Alternativ yoxdur və biz bu yolu getməliyik” – deyə Papikyan qeyd edib.
Onun sözlərinə görə, eyni zamanda güclü ordu və sülhsevər qonşuluğa sahib olmaq mümkündür.







