BaşlıcaSiyasət

Döyüş qabiliyyətindən müdafiə qabiliyyətinə: Baş nazir ordunun konsepsiyasının dəyişməsi barədə

Ermənistan Silahlı Qüvvələrinin inkişaf strategiyasının əsasında artıq “döyüş qabiliyyətli” deyil, “müdafiə qabiliyyətli” ordu modeli olacaq.

BunuParlamentdə  növbəti ilin dövlət büdcəsi layihəsinin müzakirəsində Baş nazir Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, ordunun vəzifəsi Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini qorumaqla məhdudlaşır.

Hökumət ordunun ideoloji əsaslarını yenidən müəyyən edərkən, müxalifət müdafiə büdcəsinin azaldılması ilə bağlı narahatlıq ifadə edir. Lakin hökumət təminat verir ki, xərclərin azalması nə islahatların gedişinə, nə də Silahlı Qüvvələrin müdafiə qabiliyyətinə təsir edəcək.

Baş nazir Nikol Paşinyan Milli Məclisin komitələrinin birgə iclasında 2026-cı il üçün dövlət büdcəsi layihəsini müzakirə edərkən qeyd edib ki, Ermənistan ordunun gücləndirilməsi və Silahlı Qüvvələrin konsepsiyasının  müdafiə qabiliyyətinə əsaslanan strategiya   inkişafı istiqamətində addımlar atmaqda davam edir.

:

“Biz ordumuzun qurulacağı ideoloji əsasları inkişaf etdiririk. Ermənistan Respublikasının ordusunun ölkənin beynəlxalq səviyyədə tanınmış suveren ərazisindən kənarda heç bir vəzifəsi yoxdur.

Biz vacib hesab edirik ki, “döyüş qabiliyyətli ordu” ifadəsi əvəzinə “müdafiə qabiliyyətli ordu” anlayışından istifadə edək”- deyə o, bildirib

Paşinyanın sözlərinə görə, bu formulasiya vacibdir, çünki ordunun əsas vəzifəsini – Ermənistanın ərazi bütövlüyünü, suverenliyini və vətəndaşların təhlükəsizliyini qorumaq qabiliyyətini vurğulayır.

Müxalifətin büdcə kəsintiləri ilə bağlı narahatlığı kontekstində parlament müxalifəti hökumətə sual verir:

 “Müdafiə xərclərini azaltmaqla necə döyüş qabiliyyətli ordu yaratmaq olar?” Növbəti ilin büdcə layihəsinə görə, hökumət müdafiə büdcəsini 15%-dən çox azaltmaq niyyətindədir.

Lakin müdafiə naziri Suren Papikyan ictimai televiziyaya verdiyi müsahibədə bildirib ki, ordunun islahatlarına ayrılan vəsaitin azaldılması onların gedişinə təsir etməyəcək.

 Layihəyə görə, 2026-cı ildə müdafiə nazirliyinə 563 milyard dram (təxminən 1,5 milyard dollar) ayrılacaq. Bu, 2025-ci illə müqayisədə təxminən 265 milyon dollarlıq azalmadır.

“Bizi büdcəni azaltmaqla ordunu dağıtmaqda ittiham edirlər. Lakin 2025-ci ilin xərcləri ordunun modernləşdirilməsi ilə bağlıdır və islahatların gedişinə mane olmayacaq. 2024-cü ildə müdafiə büdcəsi 556 milyard dram, 2026-cı ildə isə 567 milyard dram olub, yəni fərq təxminən 11 milyard dramdır.

Normal artım davam etsəydi, iki il arasındakı fərq təxminən 5 milyard dram olardı və heç bir sual yaranmazdı. Lakin 2025-ci ildə planlaşdırılandan daha çox xərclədiyimiz üçün bu uyğunsuzluq yaranıb”- deyərək Papikyan izah edib:

Müdafiə nazirinin verdiyi məlumata görə  müdafiə xərcləri 2018-ci ildə müdafiə xərcləri 245 milyard dram, 2025-ci ildə isə 667 milyard dram olub. Yəni, son yeddi ildə müdafiə xərcləri təxminən 1,1 milyard dollarla artıb.

“2022-ci ildə qərar verdik ki, ordumuzun keyfiyyətini dəyişməliyik. 2022 və 2023-cü illər arasında əhəmiyyətli fərq görürük. Regional vəziyyəti nəzərə alaraq, 2023-2025-ci illərdə büdcə artımı oldu, bu da o deməkdir ki, gələcək xərclərimizi yaxınlaşdırdıq, sürətləndirdik”- deyərək Papikyan qeyd edib:

Nazirin sözlərinə görə, 2025 və 2026-cı illər arasındakı fərq ondan irəli gəlir ki, silah və hərbi texnikanın alınması prosesinin mürəkkəbliyi səbəbilə bir sıra xərclər növbəti ildən bu ilə köçürülüb.

“Silah alımları sadə proses deyil. Əvvəlcədən ödənişlər, uzunmüddətli müqavilələr lazımdır, buna görə də 2026-cı il üçün nəzərdə tutulmuş xərclərin bir hissəsini 2025-ci ilə köçürmək qərarına gəldik”.

Nazir həmçinin qeyd edib ki, son illərdə nəinki müdafiə investisiyaları, həm də hərbi qulluqçulara sosial dəstək həcmləri artıb, attestasiya sistemi vasitəsilə əmək haqları yüksəldilib.

Daha çox göstər
Back to top button