BaşlıcaSiyasət

XİN naziri: “Ermənistan yük daşıyan sürücülərin problemləri RF ilə müzakirə olunur”

Ermənistanlı yük daşıyan sürücülərin qarşılaşdığı problemlər Rusiya Federasiyası ilə müzakirə olunur. Bu  haqda  Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan Parlamentdə “Ermənistan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Yük daşımaları və erməni sürücülərinin qarşılaşdığı müəyyən problemlər müzakirə olunur. Biz bilirik ki, Rusiyada daxil olma icazəsi üçün 90 günlük müddət müəyyən edilib.

Bu, əlbəttə, Avrasiya İqtisadi Birliyinin (AİB) qaydalarına ziddir, lakin belə vəziyyət yalnız Ermənistanlı sürücülərə deyil, AİB-in digər üzv ölkələrinin vətəndaşlarına da aiddir.

Məsələ müzakirə olunur və ümid edirik ki, yaxın gələcəkdə müsbət həll yolları tapılacaq”.-  deyərək Mirzoyan qeyd edib.

Xarici İşlər naziri həmçinin vurğulayıb ki, Ermənistanla Rusiya arasında münasibətlər sıx və vacib olaraq qalır.

Onun sözlərinə görə, bu müddət ərzində iki ölkənin yüksək səviyyəli vəzifəli şəxsləri, o cümlədən Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında bir neçə görüş və telefon danışığı baş tutub.

Daha çox göstər
Back to top button