BaşlıcaSiyasət

AB Ermənistanda nüvə təhlükəsizliyinin gücləndirilməsi üçün 5 milyon avro sərmayə qoyur

Avropa Birliyi Ermənistanda nüvə təhlükəsizliyinin gücləndirilməsi üçün 5 milyon avro yatırım edir. Bu məlumat Ermənistandakı AB nümayəndəliyindən təqdim olunub.

“Maliyyələşdirmə iki əsas istiqamətdə həyata keçiriləcək: Ermənistan Atom Elektrik Stansiyasının təhlükəsizliyinin gücləndirilməsi, həmçinin Ermənistan Nüvə Təhlükəsizliyi Tənzimləmə Komitəsinin və Nüvə və Radiasiya Təhlükəsizliyi Elmi-Texniki Mərkəzinin peşəkar komandalarının dəstəklənməsi.

Birlikdə biz daha təhlükəsiz bir gələcək üçün mühüm addımlar atırıq”- deyə mesajda  qeyd olunur.

Daha çox göstər
Back to top button