
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda Formula 1-in əsas təşkilatı olan Beynəlxalq Avtomobil Federasiyasının (FIA) İnkişaf üzrə baş direktoru Həbib Türki ilə görüşüb.
“Armenpress” xəbər verir ki, bu barədə Gevorq Papoyan “Facebook” səhifəsində yazıb. Görüş zamanı Ermənistan və FİA (o cümlədən Formula 1) arasında mobillik və yol təhlükəsizliyi siyasətinin təkmilləşdirilməsi, şəhər nəqliyyat sistemlərinin modernləşdirilməsi, o cümlədən avtomobil və innovativ texnologiyalar sahəsində investisiya təşəbbüslərinin inkişafı sahələrində mümkün əməkdaşlıq sahələri müzakirə edilib.
ER İqtisadiyyat naziri Ermənistanın iqtisadi inkişaf üçün strateji prioritetlərini, iri infrastruktur layihələrini və regional əlaqələrin gücləndirilməsinə dair baxışlarını təqdim edərək, beynəlxalq tərəfdaşların və özəl sektorun cəlb edilməsinin vacibliyini vurğulayıb.
Həbib Türki qeyd edib ki, FİA (Formula 1) sektor imkanlarının inkişafı və infrastrukturun yaxşılaşdırılmasına yönəlmiş Ermənistanla birgə təşəbbüslərin formalaşdırılması imkanlarını müzakirə etməyə hazırdır.
Tərəflər əməkdaşlıq üçün aydın gündəm formalaşdırmaq və gələcək addımları inkişaf etdirmək məqsədi ilə işgüzar əlaqələri davam etdirmək barədə razılığa gəliblər.







