BaşlıcaSiyasət

Rubinyan keçmiş prezidentlərə: “Bəs əgər bu qədər dahiyanə təkliflər var idisə, nəyə görə həyata keçirmədiniz?”   

Bunu yalnız Azərbaycanın Xarici işlər naziri deyil, həm də Robert Koçaryan, Serj Sarkisyan və Levon Ter-Petrosyan deyir.

Bu barədə  noyabrın 11-də  Parlamentdə jurnalistlərlə söhbət zamanı Parlamentin vitse-spikeri Ruben Rubinyan Azərbaycanın Xİ naziri  Bayramovun güya  Nikol Paşinyan  hansıısa mərhələdə  öz   baxışını  kəskin  dəyişib və  danışıqlar aparmaqdan imtina edib ki,   bu da  qapantıya  çatdırıb  müharibəyə  səbəb olub” bəyanatına toxunaraq  qeyd edib.

“Deməliyəm ki, Azərbaycanın Xarici işlər naziri, Robert Koçaryan, Serj Sarkisyan və Levon Ter-Petrosyan səhv danışırlar.

Ermənistan müharibəni təhrik etməyib, Ermənistan müharibəni başlatmayıb, Ermənistan danışıqlar prosesini dayandırmayıb.

Mən Ceyhun Bayramov, Robert Koçaryan, Serj Sarkisyan və Levon Ter-Petrosyanla razı deyiləm. Onların gətirdiyi faktlarla razı deyiləm, çünki bu faktlar doğru deyil”- deyə o,  qeyd edib.

Jurnalistlərin “Paşinyan Artsax Ermənistandır vəssalam” deməyibmi?- sualına Rubinyan cavab verdi:

“Robert Koçaryan deyib ki, Qarabağ 88-ci ildən bu günə qədər Ermənistanın bir hissəsidir. Robert Koçaryan və onun tərəfdaşlarının məntiqinə görə, o özü müharibəni təhrik edib?”.

Daha çox göstər
Back to top button