BaşlıcaSiyasət

ER Xİ  nazirinin  müavini və Ermənistanda vəkalətlənmiş  AB  ölkələrinin səfirləri  vizaların asanlaşdırılmasıyla bağlı proseslərin proqramını   həyata keçirilməsini müzakirə ediblər

Ermənistan Respublikasının Xarici işlər nazirinin müavini Vahan Kostanyan, Ermənistanda  AB nümayəndəliyinin və AB üzvü ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

Alınan məlumata görə, ER Xarici işlər nazirliyindən bildirilib ki, görüş zamanı Ermənistanla Avropa Birliyi və Ermənistanla AB üzvü ölkələr arasında genişlənən ikitərəfli gündəmlə bağlı bir sıra məsələlər, viza liberalizasiyası prosesi çərçivəsində baş verən inkişaflar, xüsusilə də ER-AB viza liberalizasiyası fəaliyyət planının mümkün qədər qısa müddətdə həyata keçirilməsi müzakirə edilib.

Bununla yanaşı, Ermənistanla Azərbaycan arasında 8 avqustda Vaşinqtonda əldə edilmiş razılaşmalara və Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması prosesinə də toxunulub.

Daha çox göstər
Back to top button