
ER Baş naziri Nikol Paşinyan, Qazaxıstandan Azərbaycan ərazisi vasitəsilə idxal edilən buğdanın keyfiyyəti ilə bağlı müzakirələrə toxundu. Alınan məlumata görə, Paşinyan bu mövzuya Parlamentdə hökumətin sual-cavab iclasında geri nəzər yetirib..
“Hər hansı buğda bazar əmtəəsidir. Birinci, ikinci, üçüncü, dördüncü… səksəninci, doxsanıncı dərəcəli məhsul ola bilər.
Bunun qiyməti və logistikası var. Yeni marşrutla X əmtəəsi A nöqtəsindən gəlib B nöqtəsinə çatıb. Əvvəla, bu alışı hökumət deyil, özəl şirkət öz ehtiyacları həyata keçirmişdir.
Bazara getmiş, əmtəə almışdır. Hökumətin danışıqları nəticəsində yol açılıb, bu marşrutla daşıyıb. Bu nə mövzudur? 6-cı dərəcəli, yoxsa 7-ci dərəcəlidir? Adam 1260-cı sortu istəyir, öz pulunu verib alıb, bu büdcə pulu deyil, əmtəə alıb, çətin yolla gətirməli idi, başqa yolla gətirib. Problem nədədir? Anlamaq istəyirəm”- deyə Paşinyan təəccüb edib.
Qazax buğdasıyla yüklənmiş qatar 8 noyabrda Qazaxıstan, Rusiya, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb. Qatar təxminən 1000 ton buğda daşıyıb.
Qazaxıstanın Kənd Təsərrüfatı nazirliyi bildirib ki, Azərbaycan ərazisindən Ermənistana göndərilən buğda 4-cü dərəcəlidir.
Bundan əvvəl Azərbaycan və Gürcüstan ərazisindən qatarla Ermənistana Rusiyadan alınan 1000 ton buğda da idxal edilib.
Qazaxıstandan və Rusiyadan buğdanın idxalından əvvəl Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycanın Ermənistana yük daşınması üçün bütün məhdudiyyətləri aradan qaldırdığını” bəyan edib.
Ermənistan Baş naziri Nikol Paşinyan daöz növbəsində bəyan edib ki, məhz Ermənistan öz bütün ərazilərindən Azərbaycana doğru yük daşınması üçün bütün məhdudiyyətləri ləğv edib”.







