
Qida Təhlükəsizliyi Nəzarəti Orqanı, dövlət nəzarəti çərçivəsində, Rusiya Federasiyası və Qazaxıstan Respublikasından idxal edilən buğda partiyalarının laboratoriya sınaqlarını tabeliyindəki “Respublika Baytarlıq, Sanitariya və Fitosanitar Laboratoriya Xidmətləri Mərkəzi” MMC-də aparıb. Bu barədə Qida Təhlükəsizliyi Nəzarəti Orqanı məlumat verib.
Sınaqlar üç istiqamətdə aparılıb:
- Gömrük İttifaqı Komissiyasının 18 iyun 2010-cu il tarixli 318 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avrasiya İqtisadi Birliyində bitki karantininin təmin edilməsi haqqında” tələblərə uyğun olaraq fitosanitar sınaqlar.
- Gömrük İttifaqının “Taxıl Təhlükəsizliyi haqqında” 015/2011 Texniki Reqlamentinin tələblərinə uyğun olaraq təhlükəsizlik göstəricilərinin sınaqları.
- GOST 9353-2016 “Buğda. Texniki şərtlər” standartının tələblərinə uyğun olaraq keyfiyyət göstəricilərinin sınaqları.
Sınaq nəticələri
1.Fitosanitar testlər zamanı aparılan entomoloji, fitopatoloji və alaq otları müayinələri nəticəsində karantin zərərli orqanizmlər aşkar edilməyib.
- Təhlükəsizlik göstəriciləri testləri çərçivəsində zəhərli elementlər (ağır metallar), pestisidlər, mikotoksinlər və radioaktivlik araşdırılıb. Nəticədə icazə verilən maksimum konsentrasiyalardan heç bir sapma qeydə alınmayıb.
- Keyfiyyət göstəricilərinin laboratoriya testləri hələ də davam edir, nəticələr hazır olan kimi dərc olunacaq.
Xatırladaq ki, Qazaxıstan buğdası ilə yüklənmiş qatar Ermənistandadır və Qazaxıstan, Rusiya, Azərbaycan və Gürcüstan ərazisindən keçir.
Bu günlərdə Rusiya Federasiyasından alınan buğda da Azərbaycan və Gürcüstan ərazisi vasitəsilə qatarla Ermənistana daşınıb.







