BaşlıcaSiyasət

Paşinyan sülhli inkişaf dövrünün açılması barədə: “Biz ən böyük missiyamızı yerinə yetirdik”

Ermənistan Respublikasının hökuməti 2021-ci ildə ölkə və region üçün sülhli inkişaf dövrünün açılması barədə verdiyi vədi yerinə yetirib.  

Alınan  məlumata görə,  bu haqda Parlamentdə 2026-cı il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı Baş nazir Nikol Paşinyan açıqlayıb.

:

“Biz 2021-ci ildə ölkə və region üçün sülhli inkişaf dövrünün açılması barədə verdiyimiz ən böyük vədi yerinə yetirdik. Bu insanlar (red: parlament müxalifətini nəzərdə tutur) deyirlər ki, yox, bu sülh deyil. Bəs onda sülh hansıdır? Ermənistanın belə bir bilgisi yoxdur, belə təcrübəsi yoxdur ki, sülhün nə olduğunu bilsin.

Biz isə bunu bilərək deyirik: Sülh nədir? Sülh budur ki, 1 il 8 aydır Ermənistanın sərhədlərində atışma nəticəsində  hərbiçi itkisi olmayıb.

Sərhəd yaxınlığındakı yaşayış məntəqələrində artıq 3 aydır insanlar güllə səsi eşitmirlər. Azərbaycan ərazisindən qatarla son 30 ildən çox müddətdə ilk dəfə Ermənistana dəmiryolu ilə buğda gətirilib.

Bu buğdanın bir hissəsi çörək üçün istifadə edilə bilər, bir hissəsini toyuqlara verə bilərlər – bu toyuqların yumurtasını və ətini uşaqlarımız yeməyəcəkmi? Ya da donuzlara verə bilərlər – donuz ətini sizin liderlər yeməyəcəkmi? Yoxsa o donuz ətini yemir?”- deyərək Paşinyan  qeyd edib.

Baş nazir qeyd edib ki, sülhün bərqərar olması və “Real Ermənistan”ın nümunəsi həm də Kırancdır harada ki,burada hazırda 55 ev tikilir.

Daha çox göstər
Back to top button