
İranın “Traktor” futbol klubunun sahibi Məhəmməd Rza Zonuzi, klub azarkeşləri arasında bəzən eşidilən separatçı şüarlarla bağlı “Football 360” verilişinin aparıcısı Adel Fərdusipurun tənqidinə cavab olaraq cəsarətli bir açıqlama verdi.
“İranı məndən daha çox sevdiyinizi sübut etməlisiniz. Əgər onu həqiqətən daha çox sevsəydiniz, nifaq salmazdınız. Separatçılığın əsas səbəbi nifaq salanlardır. Biz türklər iranlıları hər kəsdən daha çox sevirik və son 800 ildə İranı qoruyan türklər olub”.
Caucasus Iran Hub” Telegram kanalı bildirir ki, bubu Zonuzi qeyd edib.
“Traktor”un İranın azərbaycanlıların yaşadığı ərazilərdən çoxlu azarkeşi var. Son illərdə komanda milli və etnik şüarları, eləcə də siyasi çalarlı ittihamları sayəsində dəfələrlə diqqət mərkəzində olub.
Klub rəhbərliyinin İran birliyinə sadiqliyini müntəzəm olaraq vurğulamasına baxmayaraq, “Traktor” İranın azərbaycanlı əhalisi arasında kimlik və təmsilçilik məsələlərinin həlli üçün platforma kimi qəbul olunmağa davam edir.







