
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan Hindistanda iri mühəndislik şirkəti “HBL India”nın nümayəndələri ilə görüşüb. “Armenpress”in məlumatına görə, bu barədə nazir özünün “Facebook” səhifəsində yazıb.
Gevorq Papoyan Ermənistanın investisiya mühitini təqdim edib və Ermənistanda elektrik akkumulyatorlarının istehsalının yaradılması imkanlarının nəzərdən keçirilməsini təklif edib.
Görüşdə Ermənistan Respublikasının Hindistandakı fövqəladə və səlahiyyətli səfiri Vahaqn Afyan da iştirak edib.







