
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 20–21-də rəsmi səfərlə Qazaxıstanın paytaxtı Astana şəhərinə gedəcək.
Alınan məlumata görə, bu haqda “Kazinform” agentliyi Qazaxıstan Prezidentinin Administrasiyasına istinadən bildirib.
Səfər çərçivəsində iki ölkənin nümayəndə heyətləri arasında danışıqların aparılması nəzərdə tutulur. Qazaxıstan və Ermənistan arasında qarşılıqlı faydalı əməkdaşlığın möhkəmləndirilməsi imkanları və ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunacaq.







