BaşlıcaSiyasət

Ümid edirik ki, Ermənistanla Azərbaycan arasında sabit saziş imzalanacaq: Kurtulmuş

İstanbulda ATƏT Parlament Assambleyasının 23-cü payız plenar sessiyası işə başlayıb.

Türkiyə Milli Məclisinin sədri Numan Kurtulmuş Məclisin açılışındakı çıxışında Ermənistanla Azərbaycan arasında nizamlanma prosesinə toxunub.

Onun sözlərinə görə, 30 illik qeyri-sabitlikdən sonra region yeni mərhələyə qədəm qoyub. Ermənistan və Azərbaycan ATƏT-in əsas missiyasının nəzərdə tutduğu kimi, mövcud problemləri danışıqlar yolu ilə həll etməyə başlayıblar. Kurtulmuş əlavə edib ki, ATƏT-in Minsk Qrupu sülhün bərqərar olması üçün heç bir iş görməyib.

O, ümid etdiyini bildirib ki, indi ölkələr arasında sabit saziş imzalanacaq və regionda sülh mühiti yaranacaq.

Daha çox göstər
Back to top button