
Artsaxın Mədəni İrs üzrə Ombudsmanı Hovik Avanesov əyəcan təbili çalır ki, azərbaycanlılar artıq Artsax Respublikası ərazisində yerləşən İslam abidələrini də dağıtırlar.
“Müvəqqəti olaraq işğal altında olan Artsaxda Azərbaycan hakimiyyəti ardıcıl olaraq mədəni soyqırımı törətməyə davam edir. Əgər əvvəllər beynəlxalq təşkilatlar Azərbaycanın erməni mədəni irsinin mənimsənilməsi və məhv edilməsi siyasətindən narahatlıqlarını bildirirdilərsə, indi hətta İslam abidələrinin də eyni davranışın qurbanı olduğu və Bakıdakı diktator rejiminin də eyni səviyyədə laqeydlik və məhv siyasəti nümayiş etdirdiyi göz qabağındadır.
Bu narahatedici reallığın ən son və təəccüblü faktlarından biri Artsaxın Kaşatağ bölgəsinin Ayqek kəndindəki şiə məscidinin “tikinti işləri” bəhanəsi ilə tamamilə dağıdılmasıdır. Abidənin dağıdılması barədə məlumatı Erməni Memarlığını Öyrənmə Fondunun həmsədri Raffi Kortoşyan vermiş və dövlət səviyyəsində həyata keçirilən mədəni soyqırımdan başqa bir şey kimi təsvir etmək çətin olan dəlillər təqdim etmişdir.
Xatırladaq ki, hətta 2020-ci il müharibəsi zamanı belə, Azərbaycan silahlı qüvvələri Şuşi məscidlərini qəsdən hədəfə almışdı. Xüsusilə, 1 noyabr 2020-ci ildə Şuşinin Göhər Ağa Yuxarı Məscidi də Azərbaycan silahlı qüvvələrinin Şuşiyə raket hücumu zamanı zədələnmişdi. Bunlar ortaq bir məntiqin tərkib hissələridir: ərazinin tarixi müxtəlifliyini aradan qaldırmaq, mədəni yaddaşı “homogenləşdirmək” və keçmişi yenidən yazmaq siyasəti.
Bu faktların birləşməsi göstərir ki, Azərbaycan dövlət sistemi regional sabitlik, multikulturalizm və irsin qorunması üçün məsul qurum kimi deyil, sivilizasiya irsinin sistematik şəkildə məhv edilməsinin təşəbbüskarı və həyata keçiricisi kimi çıxış edir. Bu davranış UNESCO-nun, Haaqa Konvensiyasının və bir sıra beynəlxalq müqavilələrin fundamental müddəalarına ziddir və bu müddəalara əsasən dövlətlər yalnız öz irslərini deyil, həm də digər xalqların mədəni irslərini qorumağa borcludurlar.
Azərbaycanın hazırkı hərəkətləri əsrlər boyu formalaşmış bütün regionun tarixi və mədəni mənzərəsini təhdid edir. Təkcə erməni kilsələri, xaçkarlar, tarixi qəbiristanlıqlar, yaşayış məntəqələri, monumental abidələr deyil, həm də Azərbaycan hakimiyyəti tərəfindən “özününkü” hesab edilən İslam tikililəri dağıdılır. Bu, problemin etnik mənsubiyyətdə deyil, dövlətin yanaşmasında olduğunu açıq şəkildə göstərir.
“Bu vəziyyət beynəlxalq ictimaiyyətdən təcili və məqsədyönlü reaksiya tələb edir. Heç bir bölgədə mədəni irsin məhv edilməsi yerli problem hesab edilə bilməz; bu, qlobal sivilizasiyaya çağırışdır. Və məhz bu kontekstdə Azərbaycan özünü müasir, məsuliyyətli bir dövlət kimi deyil, dünya mədəni irsinin təhlükəsizliyinə real təhdid kimi təqdim edir”, – deyə H. Avanesov yazıb.







