Başlıcaİctimaiyyət

Ermənistanda qeydiyyatda olan nəqliyyat vasitələri ilə yol hərəkəti qaydalarını pozan əcnəbilər də sərhəddə cərimələnəcəklər

Xarici vətəndaşlar Ermənistanda qeydiyyatda olan nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduqlarına görə inzibati akt alacaq və sərhəddə öhdəliklərini ödəməyə borclu olacaqlar.

“Armenpress”in məlumatına görə, “Yol hərəkəti qaydalarının video və ya fotoaparat vasitəsilə aşkar edilmiş pozuntularına dair işlər üzrə inzibati icraatın xüsusiyyətləri haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsini Ermənistan Respublikası daxili işlər nazirinin müavini Armen Ğazaryan müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasına təqdim edib.

Nazir müavini mövcud reqlamenti xatırladıb: Hazırda əcnəbi Ermənistan Respublikasında qeydiyyatda olmayan nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozduqda və bu, video və ya fotoaparat vasitəsilə qeydə alındıqda, həmin qayda pozuntusu ilə bağlı protokol və inzibati akt sərhəd mühafizə xidmətinə göndərilir. Həmin şəxs sərhəddə bildiriş alır və Ermənistan qarşısında öhdəliklərini ödəyir.

“Lakin bizdə problem var ki, əcnəbilər Ermənistan Respublikası ərazisində qeydiyyatda olan avtonəqliyyat vasitəsi ilə oxşar pozuntulara yol verirlər. Daha sonra akt nəqliyyat vasitəsinin sahibinə göndərilir ki, bu da ən çox icarəyə götürülmüş avtomobillərdə olur. Onlar məlumat verirlər ki, sahibi sürücü deyil, sürücü əcnəbidir və akt əcnəbinin mənşə ölkəsindəki qeydiyyat ünvanına göndərilir”, – deyə Qazaryan bildirib. Bu halda dövlət büdcəsindən hər il təxminən 90 milyon dram xərclənir, amma ödənilmiş aktlar çox olmur”.

Belə ki, layihədə əcnəbilər tərəfindən Ermənistan Respublikasında qeydiyyatda olan avtonəqliyyat vasitələri ilə törədilən qanun pozuntuları zamanı Ermənistanda qeydiyyatda olmayan avtonəqliyyat vasitələri ilə eyni inzibatçılığın həyata keçirilməsi təklif edilir. Layihə komitə tərəfindən bəyənilib və Parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.

Daha çox göstər
Back to top button