BaşlıcaEkonomika

Papoyan videoəlaqə vasitəsilə Minskdə keçirilən Aİİ Aqrar-Sənaye Siyasəti Şurasının 6-cı sessiyasına qatılıb

Noyabrın 25-də ER İqtisadiyyat naziri Gevorq Papoyan videoəlaqə vasitəsilə Minskdə keçirilən Aİİ Aqrar-sənaye Siyasəti Şurasının 6-cı sessiyasına qatılıb. Bu barədə Ermənistanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Sessiya zamanı nazir Ermənistan Respublikasının aqrar-sənaye kompleksinin inkişaf perspektivlərini təqdim etdiyi məruzə ilə çıxış edib.

Birgə əməkdaşlıq proqramlarının maliyyə təminatı mexanizmi, iqtisadi proseslərin inkişafı, elmi-tədqiqat işlərinin həyata keçirilməsi və sektorun rəqəmsallaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.

Növbəti sessiyanın 2026-cı ildə Qazaxıstanda keçirilməsi barədə razılıq əldə olunub.

Daha çox göstər
Back to top button