BaşlıcaSiyasət

Bu onların seçimidir: Putin bildirib ki, KTMT üzvü ölkələri ER-nın  təşkilata qoşulma mövqeyinə hörmətlə yanaşır

Rusiya Prezidenti Vladimir Putin açıqlamasında bildirib ki, KTMT üzvü olan ölkələr Ermənistanın təşkilata qoşulma mövqeyinə hörmət edir, çünki bu Yerevanın öz seçimidir.

“Ermənistanın mövqeyi məlumdur. Erməni həmkarlarımızın dediyi kimi: “Biz KTMT tərəfindən qəbul edilən bütün qərarları dəstəkləyirik. Özümüzü KTMT üzvü hesab edirik, lakin hazırda təşkilatın iclaslarına qoşulmaqçün bitərəfik”— deyə Putin Qırğızıstana səfərindən sonra “İnterfaks”ın sualına  cavab verib.

RF Prezidenti bununla yanaşı əlavə edib:

“Bu onların seçimidir. Əgər onlar hazırda bu şəkildə işləməyi mümkün hesab edirlərsə, yaxşı, biz razıyıq”.

O, həmçinin qeyd edib ki, KTMT-nin digər üzvləri erməni tərəfi ilə əlaqədədir: “Biz, hazırda KTMT-də işləri idarə edən dövlət kimi, əlbəttə ki, onlarla bu təşkilatın üzvləri kimi daimi əlaqədəyik. Və əlbəttə ki, bütün önəmli qərarlarımızı onlarla müzakirə edib razılaşdıracağıq” — deyərək Putin  qeyd edib.

Mənbə factor.am.

Daha çox göstər
Back to top button