BaşlıcaSiyasət

Nikol Paşinyan Azərbaycanla münasibətlərin tənzimlənməsi prosesində dialoqun zəruriliyini qeyd edir

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan Azərbaycanla münasibətlərin tənzimlənməsi prosesində dialoqun zəruriliyini qeyd edir.

 Bu barədə Nikol Paşinyan jurnalistin sualına cavab olaraq, Bakı və Yerevanda azərbaycanlı və erməni ekspertlərin qarşılıqlı səfərləri ilə paralel olaraq, azərbaycanlı rəsmilərin və alimlərin nitqində heç nəyin dəyişməməsi mülahizəsinə istinad edərək bildirib:

“O cümlədən, məhz dialoqun olmaması səbəbindəndir ki, ermənilər azərbaycanlıların nitqində heç nəyin dəyişmədiyini görür, azərbaycanlılar isə öz qiymətləndirmələrinə görə görürlər ki, ermənilərin nitqində heç nə dəyişmir.

37 illik konflikt 5 ekspertin 2 görüşünün nəticəsində dəyişə bilməz, dəyişikliyin baş verməsi üçün proses getməlidir” – deyə Paşinyan qeyd edib.

Azərbaycanın paytaxtı Bakı şəhərində noyabrın 21-22-də Ermənistanı təmsil edən 5 ekspertin iştirakı ilə dəyirmi masa-müzakirəsi keçirilib.

 Bir neçə həftə əvvəl isə Yerevanda azərbaycanlı ekspertlərin iştirakı ilə oxşar müzakirə həyata keçirilibdir.

Daha çox göstər
Back to top button