BaşlıcaSiyasət

Erməni və gürcü tərəfləri Azərbaycan yanacağının Gürcüstan ərazisindən tranziti ilə bağlı müzakirələr aparıblar

Erməni və gürcü tərəfləri Azərbaycan yanacağının Gürcüstan ərazisindən Ermənistana tranziti ilə bağlı müzakirələr aparıblar.

“Armenpress”in sorğusuna cavab olaraq, Ermənistan Respublikasının İqtisadiyyat Nazirliyi bu barədə Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin bəyanatına istinadən məlumat yayıb. “Gürcüstan tərəfi ilə belə bir müzakirə aparıldı və biz dərc olunmuş məlumatı aldıq”, – nazirlikdən bildiriblər.

Bundan əvvəl Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bəyan etmişdi ki, dekabrın 5-də Gürcüstan hökuməti tərəfdaş ölkələrdən Gürcüstan ərazisindən Azərbaycandan Ermənistana yanacağın birdəfəlik tranziti ilə bağlı sorğu alıb. Gürcüstanın baş naziri İrakli Kobaxidze “Gürcüstan Dəmir Yolları”na bu tranzitin pulsuz həyata keçirilməsini tapşırıb.

Daha çox göstər
Back to top button