
Aİ üzv dövlətlərinin xarici işlər nazirləri Azərbaycanla sülh prosesində əldə edilən irəliləyişi, eləcə də Ermənistan hökuməti tərəfindən həyata keçirilən islahatları yüksək qiymətləndiriblər.
Armenpress-in məlumatına görə, bu barədə Çexiyanın Aİ-dəki Daimi Nümayəndəliyi “X” mikrobloqunda məlumat verib. Qeyd olunur ki, Aİ ölkələri Ermənistanın hibrid və kibertəhdidlərə qarşı mübarizədə, eləcə də dezinformasiyanın yayılmasında imkanlarının gücləndirilməsini dəstəkləməyə hazır olduqlarını bildiriblər.
Çexiyanın Aİ dövlətləri yanında Daimi Nümayəndəliyinin bəyanatında deyilir: “Rusiya qarşıdan gələn parlament seçkilərinə təsir göstərməyə çalışacaq”.
Aİ üzv dövlətlərinin nümayəndələri də Ermənistanın sabitliyinə və regionda sülh prosesinə dəstəklərini bir daha təsdiqləyiblər.







