
Macarıstan Avropa Sülh Fondu çərçivəsində Ermənistana 20 milyon avro ayrılması qərarına vetosunu ləğv edib.
“Armenpress”in məlumatına görə, bunu “Azadlıq” radiosunun avropalı redaktoru Rikard Yozviak özünün “X” mikrobloqunda qeyd edib və əlavə edib ki, Avropa Sülh Fondundan Ukraynaya dəstək vermək qərarı üç ilə yaxındır ki, Macarıstan tərəfindən bloklanır.
“Bu həftə Macarıstan nəhayət ki, mart ayında Ermənistan üçün təklif edilən 20 milyon avroluq hərbi yardım paketinə (Avropa Sülh Mexanizmi) vetosunu ləğv etdi”, o qeyd edib.
Yozviak ətraflı məlumat verib ki, qərar 2026-cı ilin yanvarında yekunlaşacaq. Qeyd edək ki, dünən Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan Avropa Sülh Fondundan Ermənistana dəstək vermək üçün bütün Aİ-yə üzv dövlətlərin siyasi razılaşması olduğunu bildirib.







