
NATO baş katibinin müavini Radmila Şekerinska sosial mediada yazıb ki, Ermənistanın müdafiə sektorundakı islahatları müdafiə naziri Suren Papikyanla müzakirə etmək xoş idi.
“Ermənistanın Kosovodakı NATO qüvvələrinə verdiyi töhfəni yüksək qiymətləndirirəm. Biz islahatları dəstəkləməyə hazırıq və gələn il tərəfdaşlığımız üçün yeni çərçivə sənədi barədə razılığa gəlməyə ümid edirik”,- Şekerinska yazıb.







