
İqtisadiyyat naziri Gevorq Papoyan bu gün “Azatutyun”a bildirib ki, Gürcüstan dəmir yolu ilə Azərbaycandan Ermənistana yüklərin tranzitinin ilkin qiyməti nisbətən yüksək, rəqabətsiz hesab edilib, lakin hazırda müzakirələr davam edir.
“Bir tərəfdə Gürcüstanın dəmir yolu şirkəti, digər tərəfdə taxıl və ya benzin idxal edən şirkətlər var, təbii ki, danışıqlar aparmalı, ən yaxşı variantı tapmalıdırlar”, – deyən nazir bu məsələlərlə məşğul olmadığını qeyd edib.
Baş nazir Paşinyan Gürcüstan dəmir yolunun tranzit tarifi ilə bağlı məsələyə toxunaraq bildirib ki, əgər məsələ həll olunmasa, məntiqlə iqtisadi subyektlər idxal və ixracı təmin etmək üçün alternativ yollar axtaracaqlar.
Papoyan bu gün həmin alternativlə bağlı mötərizələr açıb: “Məncə, Ermənistanla Azərbaycan arasında quru sərhədin açılması və dəmir yolu ilə Ermənistan sərhədinə gələnlərin, oradan isə multimodal olaraq yük maşınlarına daşınması və Ermənistan-Azərbaycan quru sərhədindən keçməsi üçün çox münasib vaxtdır. Hesab edirəm ki, nə Ermənistanda, nə də Azərbaycanda buna mane olan heç bir şərait yoxdur. Fikrimcə, bu, biznesmenlər üçün də hazırdır”.
Papoyan bildirib ki, Azərbaycan tərəfi hazırdırsa, o üsula keçə bilərlər.







