BaşlıcaMədəniyyət

İsrailin Ramle şəhərində küçələrdən biri “Erməni Kilsəsi” adlandırılıb

İsrailin Ramle şəhərindəkiSurb Gevorq Erməni Kilsəsinə doğu  aparan küçə rəsmi olaraq “Erməni Kilsəsi” adını aldı.

Bu qərar əvvəlki gün Ramle Bələdiyyəsi tərəfindən təşkil edilən və şəhər meri Mikayel Vitalinin iştirak etdiyi təntənəli mərasimində elan edilib.

 Məlumat Yerusəlimdəki Surb Koryun Erməni Monastırı tərəfindən yayılıb.

Mərasimdə Erməni Kilsəsinin Ramledəki Surb Gevorq kilsəsinin ruhani lideri, Koryun Bağdasaryan (episkop) və keşiş Suren Ğazaryan iştirak ediblər.

 Tədbirdə həmçinin müxtəlif kilsələrin nümayəndələri və Erməni icmasının üzvləri də iştirak edirlər.

Daha çox göstər
Back to top button