BaşlıcaEkonomika

Fitch Ratings agentliyi Ermənistanın reytinq perspektivini yüksəldib

Beynəlxalq nüfuzlu Fitch Ratings agentliyi Ermənistanın reytinq perspektivini “Müsbət”ə yüksəldib və reytinqi “BB“ səviyyəsində təsdiqləyib.

Alınan məlumata görə bu barədə “Facebook” səhifəsində ER-nın  Baş naziri Nikol Paşinyan yazıb.

“Beynəlxalq nüfuzlu Fitch Ratings agentliyi Ermənistanın reytinq perspektivini “Müsbət”ə yüksəldib və reytinqi “BB” səviyyəsində təsdiqləyib.

Bu, sadəcə statistik dəyişiklik deyil; bu, Ermənistanın həyata keçirdiyi iqtisadi siyasət və institusional sabitliyin beynəlxalq bazarlarda keyfiyyətcə yeni çəki qazandığına dair peşəkar təsdiqdir.

 Bu, dövlətimizin iqtisadi davamlılığına və siyasi iradəsinə yönəlmiş etimad sənədidir.

Ermənistanın iqtisadi inkişaf prosesi etimadın yeni mərhələsinə qədəm qoyur. Hamımızı təbrik edirəm” – deyərək Paşinyan yazıb.

Daha çox göstər
Back to top button