
Baş nazir Nikol Paşinyan iş adamı Vladimir Yevtuşenkonu qəbul edib. Ermənistan Respublikası Baş nazirinin Aparatından Armenpress-ə verilən məlumata görə, görüş zamanı Ermənistan Respublikasındakı ümumi iqtisadi inkişaf, eləcə də dövlət-özəl sektor əməkdaşlığı barədə fikir mübadiləsi aparılıb.
Vladimir Yevtuşenko rusiyalı iş adamıdır, АФК «Система» investisiya şirkətinin səhmlərinin 49,2%-nin sahibidir. Forbes jurnalına görə, o, 2022-ci ildə Rusiya milyarderləri siyahısında 51-ci yeri tutub.







