BaşlıcaSiyasət

Ermənistan Sülh Şurasına üzv olmaq üçün ödəniş verməyəcək

Ermənistan Sülh Şurasının Nizamnaməsini üzvlük haqqı ödəmədən qoşulma şərti ilə imzalayıb. Jurnalistin sorğusuna cavab olaraq, Ermənistan Xarici İşlər nazirliyinin mətbuat katibi Ani Badalyan bu barədə məlumat verərək, Sülh Şurasına üzv olmaq üçün 1 milyard dollar üzvlük haqqı ödəmək lazım olduğu ilə bağlı müzakirələrə reaksiya bildirib.

“Sorğunuza cavab olaraq bildiririk ki, Sülh Şurasının Nizamnaməsi Şuraya üzvlüyü maliyyə ayırmalarının könüllülük prinsipi əsasında nəzərdə tutur.

ABŞ Prezidenti Donald Trump tərəfindən dəvət alan ölkə, üç il müddətinə dəqiq müəyyən edilmiş üzvlük haqqı ödəmədən Şuraya qoşula bilər.

Bu müddət bitdikdən sonra yenidən nəzərdən keçiriləcək. Ermənistan hökuməti Sülh Şurasına bu şərtlərlə qoşulmağa razılıq verib.

Sizin istinad etdiyiniz üzvlük haqqı könüllüdür və təşkilatın Nizamnaməsinin qüvvəyə mindiyi tarixdən bir il ərzində hər hansı bir ölkənin daimi üzvlük arzusu olduğu halda tətbiq olunur”— deyə Badalyan  qeyd edib.

ER Baş naziri Nikol Paşinyan 22 yanvar tarixində Davosda Sülh Şurasının Nizamnaməsini imzalayıb. Baş Nazir Nikol Paşinyan Sülh Şurasının Nizamnaməsinə qoşulmaq üçün dəvətnaməni ABŞ Prezidenti Donald Trumpdan almışdı.

Daha çox göstər
Back to top button