BaşlıcaSiyasət

“Avqustun 8-dən sonra hər iki tərəfdən gecə saatlarında havaya atəş açılması halları olub, lakin sərhəddə, sərhəd mövqeləri arasında hədəfli atəş qeydə alınmayıb”

“Avqustun 8-dən sonra hər iki tərəfdən gecə saatlarında havaya atəş açılması halları olub, lakin sərhəddə, sərhəd mövqeləri arasında hədəfli atəş qeydə alınmayıb”

Bu barədə İctimai Televiziyanın efirində Ermənistan Respublikasında Avropa Birliyinin müşahidə missiyasının rəhbəri Markus Ritter bildirib.

“Keçən ilin may ayından etibarən insidentlərin sayı kəskin şəkildə azalıb, Vaşinqton görüşlərindən sonra isə heç bir insident qeydə alınmayıb. Nerkin Hand hadisəsi bizim hesabat təqdim etdiyimiz sonuncu hadisə olub, yəni 2024-cü ilin fevralından sonra bu cür insidentlər baş verməyib.

2024-cü ilin yazında bizdən Xaçik kəndində kənd təsərrüfatı işlərinin aparılmasına nəzarət etməyimiz xahiş olunmuşdu, təxminən 4 həftə ərzində hər gün orada olmuşuq. 2025-ci ildə isə bizdən belə bir xahiş edilməyib ki, bu da kənd sakinlərinin artıq rahat olduğunu göstərir” – deyə Ritter qeyd edib։

Daha çox göstər
Back to top button