Tramp: “ABŞ Ermənistanla dinc nüvə əməkdaşlığı haqqında saziş imzalayacaq”

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib ki, gələn ay – fevralda ABŞ-ın vitse-prezidenti Cey Di Vens Ermənistan və Azərbaycana səfər edəcək.
“Fevral ayında ABŞ-ın vitse-prezidenti Vens iki ölkəyə səfər edəcək ki, sülhməramlı səylərimizi davam etdirsin və Trampın Beynəlxalq Sülh və rifah Təşəbbüsünü irəli aparsın” – deyə ABŞ lideri yazıb və Ermənistana səfərinin məqsədini də qeyd edib:
“Ermənistanla dinc nüvə əməkdaşlığı haqqında saziş imzalayacağıq, aparıcı yarımkeçirici istehsalçılarımız üçün müqavilələr bağlayacağıq”.
Xatırladaq ki, 2025-ci il yanvarın 13-də Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlıq haqqında xartiyanın imzalanma mərasimi zamanı Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan ABŞ ilə nüvə əməkdaşlığı haqqında, “123-cü saziş” kimi tanınan razılaşma üzrə danışıqlara başlayır.
“Bu saziş nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində əməkdaşlıq üçün çərçivə yaradacaq və təhlükəsizlik, mühafizə və yayılmama sahəsində ən yüksək standartlara sadiqliyimizi təsdiqləyəcək” – deyərək Mirzoyan vurğulayıb։
Mətn factor.am-ə məxsusdur.







