BaşlıcaEkonomika

Yerevanın sorğuları operativ şəkildə işlənir: “RF XİN Türkiyə və Azərbaycana gedən dəmiryol xətlərinin təmirindən danışdı”

Rusiya Xarici İşlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlamasında bildirib ki, Ermənistanın Türkiyə və Azərbaycana gedən dəmiryol xətlərinin təmirinə dair müraciəti hazırda operativ şəkildə araşdırılır.

“Rusiya tərəfi erməni həmkarları ilə, o cümlədən iqtisadi sahədə daimi əlaqədədir. Yerevanın bütün sorğuları müvafiq qurumlar tərəfindən operativ rejimdə işlənir” — deyə Zaxarova jurnalistə açıqlamasında qeyd edib.

O, həmçinin vurğulayıb ki, Moskva, “Rusiya dəmiryolları” şirkətinin unikal təcrübəsini nəzərə alaraq, mümkün variantları nəzərdən keçirməyə hazırdır.

Xatırladaq ki, bundan əvvəl ER-nın  Baş naziri Nikol Paşinyan Rusiyaya müraciət edərək, Ermənistan ərazisində yerləşən Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmiryol xətlərinin bərpası ilə bağlı mümkün qədər tez qərar qəbul edilməsini xahiş etmişdi.

 Paşinyan qeyd edib ki, əgər Rusiya tərəfi hər hansı səbəbdən investisiya etmək istəməsə, Ermənistan bu xətləri konsessiyadan çıxaracaq və təmir işlərini öz vəsaiti ilə həyata keçirəcək.

Daha çox göstər
Back to top button