BaşlıcaSiyasət

İran AB ölkələrinin silahlı qüvvələrini terror təşkilatları kimi tanıdı

İran parlamentinin spikeri Məhəmməd-Baqir Qalibaf bildirib ki, İran parlamentinin qərarına əsasən, Avropa Birliyinə üzv ölkələrin silahlı qüvvələri terror təşkilatları kimi tanınıb.

“Cavab tədbirləri haqqında” qanununun yeddinci maddəsinə uyğun olaraq, İslam İnqilabı Keşikçiləri Korpusunun terror təşkilatı elan edilməsinə cavab olaraq, Avropa ölkələrinin silahlı qüvvələri terror qruplaşmaları hesab edilir və bu hərəkətlərin nəticələrinə görə məsuliyyət Avropa Birliyinin üzərinə düşəcək” –  deyə  onun sözlərini IRIB agentliyi sitat gətirib.

Cümə axşamı Avropa Birliyinin diplomatiya rəhbəri Kayya Kallas bildirib ki, Avropa  Birliyi  İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatlarının siyahısına daxil edib.

Bundan əlavə, Avropa Birliyinin  İranın təhlükəsizlik və ədalət sahələrində 15 vəzifəli şəxsə qarşı sanksiyalar tətbiq edib.

İranın Xarici İşlər naziri Abbas Araqçi bildirib ki, ittifaq böyük strateji səhv edib. Onun fikrincə, Avropa böhranın alovunu artırmaqla məşğuldur.

Daha çox göstər
Back to top button