BaşlıcaSiyasət

Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi ER MN-nin Vazgen Sarkisyan adına Hərbi Akademiyasını ziyarət edib

Ermənistana rəsmi səfəri çərçivəsində Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi, general Anil Çauhan fevralın 2-də Ermənistan Müdafiə Nazirliyinin Vazgen Sarkisyan adına Hərbi Akademiyasına səfər edib.

Bu haqda ER-nın  Müdafiə nazirliyinin mətbuat katibi Aram Torosyan  jurnalistə açıqlamasında bunu bildirib.

Ziyarət ərzində general Anil Çauhana akademiyanın quruluşu, təhsil proqramları və kursantların peşə hazırlığının xüsusiyyətləri haqqında məlumat verilib.

 Hindistan Silahlı Qüvvələrinin Müdafiə Qərargah rəisi akademiyada informasiya texnologiyaları laboratoriyasının və uzaqdan təhsil mərkəzinin açılış mərasimində iştirak edib.

Daha sonra general Anil Çauhan Ermənistan Müdafiə nazirliyinin Milli Müdafiə Araşdırmalar Universitetinə baş çəkib, universitetin rəhbərliyi və professor-müəllim heyəti ilə görüşüb.

Universitetin fəaliyyətinin əsas istiqamətləri ilə tanış olan Çauhan, burada çıxış edərək təcrübələrini bölüşüb.

Daha çox göstər
Back to top button