
Parlamentin sədri Alen Simonyan Factor TV-yə müsahibəsində Rusiyanın TRIPP proqramına qoşulacağını ehtimal etmədiyini bildirib və onun erməni-amerikan təşkilatı olduğunu vurğulayıb.
“Əvvəla, TRIPP erməni-amerikan təşkilatıdır, əgər oxşar marşrut və ya oxşar yolun açılmasından danışırıqsa, mənim fikrimcə, bu, ayrıca bir təşəbbüs olmalıdır, amma TRIPP çərçivəsində bunu bir az absurd hesab edirəm, çünki bu, TRIPP-in birdən işləməməsi üçün hər şeyi etmək deməkdir”, – deyə o bildirib.
Rusiyanın marağına toxunan Simonyan qeyd edib ki, bu, normaldır, bu, böyük bir gücün iş tərzidir və qeyri-adi bir şey demək deyil.
“Hər kəs ətraf ölkələrdə təsir gücünə sahib olmaqda maraqlıdır”.
Ermənistan-Azərbaycan münasibətlərindən danışan Parlamentin sədri bildirib ki, müharibə səhifəsi bağlanıb və sülh gündəliyi ictimaiyyət tərəfindən qəbul edilib.
Onun sözlərinə görə, bu yanaşma 2026-cı il seçkilərində bir daha təsdiqlənəcək. Müsahibə zamanı Alen Simonyan parlamentin fəaliyyətinə, hökumətin bəzi vədlərini yerinə yetirməməsinə və müxalifətlə münasibətlərə toxunub.







