
2027-ci ilin payızından etibarən Ermənistanda biometrik pasportların tətbiqinə başlanacağı gözlənilir. Bu barədə fevralın 11-də keçirilən hökumət saatı zamanı Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan bildirib.
O, əlavə edib ki, həmin vaxtdan etibarən belə pasportlara malik şəxslər Ermənistan sərhədini kontaktsız şəkildə keçmək imkanına sahib olmalıdırlar.
“Bunun üçün nə lazımdır? Bunun üçün lazımdır ki, bu texnologiyalara sahib olan ABŞ həmin texnologiyaları bizimlə paylaşsın və mən dünən ABŞ-ın vitse-prezidenti ilə bu mövzunu müzakirə etdim və tərəfdaşlarımızdan təminat aldım” – deyə Paşinyan qeyd edib.







