BaşlıcaSiyasət

ABŞ Dövlət katibinin müavini:  “TRIPP bölgəni birdəfəlik dəyişəcək”

“Bakıya, Azərbaycana çox səmərəli səfərimi başa vurdum. Bu şəhərin qonaqpərvərliyi və mütərəqqi enerjisi həqiqətən diqqətçəkicidir.

Aydındır ki, Tramp administrasiyasının “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” (TRIPP) bölgəni birdəfəlik dəyişəcək”– deyə Helberq yazıb və əlavə edib ki, Vensin tarixi səfəri regional sabitlik və birgə iqtisadi artım üçün güclü zəmin yaradıb.

Daha əvvəl Yerevandan Bakıya yollanarkən ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini X-də qısa bir paylaşım da etmişdi:

“Bu, Ermənistana səfər edən ilk amerikalı vitse-prezident kimi tarixi səfər idi. “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” (TRIPP) Cənubi Qafqazda yeni səhifə açacaq”– deyə Helberq qeyd edib.

Daha çox göstər
Back to top button