BaşlıcaErməni Soyqırımı

ANCA:  “Epşteynin materialları onun şəbəkəsi ilə Erməni Soyqırımının tanınmasının qarşısını almaq cəhdləri arasında birbaşa əlaqə olduğunu göstərir”

Epşteyn işi üzrə dərc edilmiş sənədlərdə məhkum olunmuş seksual cinayətkar Ceffri Epşteynin şəbəkəsi ilə ABŞ-da Erməni Soyqırımının tanınmasının qarşısını almaq cəhdləri arasında birbaşa əlaqə aşkar edilib.

Bu barədə Amerika Hay Dat Komitəsi (ANCA) məlumat yayıb.

Bəyanata görə, 11 fevral 2026-cı ildə X sosial şəbəkəsində yayımlanan videoda Türkiyənin keçmiş Xarici işlər naziri Əhməd Davudoğlu etiraf edib ki, amerikalı milyarder Tomas Pritsker ilə görüşü (Ədliyyə nazirliyinin materiallarında qeyd olunub) 2015-ci ildə Erməni Soyqırımının 100 illiyi ərəfəsində “erməni lobbisinə qarşı” dəstək almaq məqsədilə xüsusi olaraq təşkil edilib.

“Ədliyyə nazirliyinin qeydləri göstərir ki, Pritsker Davudoğlu haqqında Epşteynə elektron məktub göndərib, onu ‘Kissincer tipli fiqur’ kimi təsvir edib və onların görüşünü təşkil edib.

 Həmin vaxtdan bəri Pritsker Ceffri Epşteyn və Ghislaine Maxvell ilə əlaqələrini səbəb göstərərək Hyatt Hotels-in rəhbəri vəzifəsindən istefa verib” – deyə açıqlamada bildirilir.

ANCA-nın fikrincə, bu qanunauyğunluq aydındır: Soyqırımın inkarı və “Epşteyn çevrəsi” ayrı-ayrı hekayələr deyil. “ABŞ-ın Türkiyədəki səfiri Tom Berek Ankaranın adından Erməni Soyqırımını inkar edib.

 Davudoğlu isə Vaşinqtonda Soyqırımın tanınmasına qarşı mübarizə aparmaq üçün Epşteyn şəbəkəsindən istifadə edib” – deyə təşkilatın bəyanatında vurğulanır və Donald Tramp administrasiyasına Bereki  vəzifədən azad edilməsi çağırışı edilir.

Daha çox göstər
Back to top button